ARTİ-də “Ümumi təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsi çərçivəsi” ilə bağlı müzakirə keçirilib

Tarix: 02.02.2026
Paylaş:

Təhsil İnstitutunda işçi qrupun iştirakı ilə “Ümumi təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsi çərçivəsi”nin müzakirəsi təşkil olunub.

Görüş zamanı sənəd barədə rəy və təkliflər səsləndirilib, praktik tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində kompleks keyfiyyət monitorinqləri Təhsil İnstitutu tərəfindən “Ümumi təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsi çərçivəsi” əsasında aparılır. Sənədin əsas məqsədi məktəblərdə keyfiyyətin qiymətləndirilməsi üçün aydın və ölçülə bilən keyfiyyət göstəricilərini müəyyən etməkdir. Sənəd hazırda təkmilləşdirilərək təsdiq üçün hazırlanır. Təkmilləşdirmə prosesində maraqlı tərəflərin müzakirələrə cəlb olunmasına xüsusi önəm verilir.