“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsi çərçivəsində sərgidə iştirak edəcək şagirdlər müəyyən olundu!

Tarix: 06.02.2026
Paylaş:

 

“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsi çərçivəsində IX–XI sinif şagirdləri tərəfindən təqdim olunan elmi-tədqiqat işləri müəyyən edilərək meyarlara uyğun olaraq qiymətləndirilib.

Sərgidə iştirakı məqsədəuyğun hesab edilən layihələr müəyyənləşdirilib və seçilmiş layihələrin müəlliflərinə müvafiq məlumat təqdim edilib. Şagirdlərin məlumatlandırılması məqsədilə qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrə SMS bildirişlər göndərilib. Bununla yanaşı, sərgiyə seçilən iştirakçılar barədə məlumat şagirdlərin təhsil aldıqları məktəblərin tabe olduğu müvafiq qurumlara da təqdim olunub.

Müsabiqənin ölkə üzrə final mərhələsi olan sərginin 3 – 5 mart tarixlərində Bakı şəhərində keçirilməsi planlaşdırılır.

Final mərhələsində iştirak edəcək şagirdlərə müvafiq link göndərilib. Şagirdlərdən həmin linkə daxil olaraq tələb olunan məlumatları 10 fevral, saat 13:00-dək tamamlamaları xahiş olunur.

Sərgi mərhələsində iştirak edən şagirdlər layihələrinin təqdimatı ilə bağlı ətraflı məlumatı aşağıdakı fayla keçid edərək əldə edə bilərlər:

Stenddən istifadə qaydaları

Sərgiyə vəsiqə qazanan şagirdləri təbrik edir, növbəti mərhələdə onlara uğurlar arzulayırıq.

Qeyd edək ki, müraciətlər 3 iş günü ərzində rəsmi ərizə formasında office@arti.edu.az elektron poçt ünvanı vasitəsilə qəbul edilir.