“Sillabusların və fənn təlim nəticələrinin hazırlanması” mövzusunda seminar keçirilib

Tarix: 10.02.2026
Paylaş:

Qarabağ Universitetinin professor-müəllim heyətinin metodiki bacarıqlarının təkmilləşdirilməsi məqsədilə 9 fevral tarixində ARTİ-nin Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinin Təhsildə tətbiqi tədqiqatlar şöbəsinin müdiri Leyla Sultanlı tərəfindən “Sillabusların və fənn təlim nəticələrinin hazırlanması” mövzusunda seminar həyata keçirilib.

Seminar vorkşop formatında olub, fənn təlim nəticələrinin yazılması, fənn təlim nəticələri ilə proqram təlim nəticələri arasında əlaqənin qurulması, fənn təlim nəticələrinə çatmaq üçün lazımi iş yükünün və AKTS (Avropa Kredit Transfer Sistemi) kreditlərinin hesablanması, fənn sillabusunun hazırlanması mövzularında təcrübə mübadiləsi aparılıb.

Seminar çərçivəsində müzakirə edilən mövzuların iştirakçılar tərəfindən tədris prosesində tətbiq edilə bilməsi üçün qrup işləri, praktiki tapşırıqlar həyata keçirilib. İştirakçıların sualları cavablandırılaraq vorkşop yekunlaşdırılıb.