ARTİ tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 11 fevral, saat 15:00-da “Tarix fənni üzrə sertifikasiyaya hazırlıq məqsədilə tövsiyələr və test nümunələri” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Bakı şəhəri Heydər Əliyev adına liseyin tarix müəllimi, ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi, Azərbaycan tarixi və ümumi tarix dərsliklərin həmmüəllifi, Hafiz Cabbarov çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.