Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) 14 Fevral Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə ARTİ Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə tədbir keçirilib.
Tədbir əməkdaşlar arasında kitab oxuma mədəniyyətinin təşviqi, kitab mübadiləsi ənənəsinin formalaşdırılması, həmçinin iştirakçıların həmkarları ilə birlikdə yaradıcı və səmərəli vaxt keçirməsinə şərait yaratmaq məqsədilə təşkil olunub.
Tədbirdə iştirak edən əməkdaşlar əlfəcin master-klasında bir-birindən maraqlı əlfəcinlər hazırlayıblar, oxuduqları kitablar haqqında danışıblar. Əməkdaşlar öz aralarında kitab mübadiləsi də ediblər. İşçi qruplar mütaliənin vacibliyi və təbliği mövzularında müzakirələr aparıblar.
Qeyd edək ki, tədbir ARTİ-nin Əlavə təhsilin təşkili şöbəsinin mütəxəssisi Sevil Məlikzadənin rəhbərliyi ilə həyata keçirilib.