Fevralın 17-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyevin və Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşü keçirilib. Tərəflər təhsilin inkişafı, elmi-tədqiqat istiqamətində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin təşviqi və gələcək tərəfdaşlıq imkanlarını müzakirə ediblər.
Qonaqlar akademiyada fəaliyyət göstərən İdman üzrə tibbi tədqiqatlar laboratoriyasında və “MediaLab”da yaradılmış müasir infrastruktur, üzgüçülük hovuzu, eləcə də tədris imkanları ilə tanış olublar.