Azərbaycan Respublikasının Təhsil İnstitutunun növbəti vebinarı: “Tətbiqi bacarıqlarının formalaşdırılması”

Tarix: 20.02.2026
Paylaş:

Fevralın 19-da keçirilmiş vebinarda ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbdaxili metodistlər və aparıcı metodistlər iştirak ediblər. Təlim riyazi biliklərin real həyat kontekstində tətbiq imkanlarını genişləndirmək, şagirdlərdə problem həlletmə, analitik düşünmə və funksional savadlılıq bacarıqlarını inkişaf etdirmək üçün müasir metodları təqdim etmək məqsədilə keçirilib. Vebinar zamanı riyaziyyat dərslərində tətbiqi tapşırıqların qurulması, inteqrativ yanaşmaların tətbiqi və qiymətləndirmə mexanizmləri barədə praktik nümunələr paylaşılıb.

Qeyd edək ki, ARTİ-nin Metodik Dəstək Mərkəzi metodistlərin peşəkar kompetensiyalarının gücləndirilməsi məqsədilə bu kimi vebinar və metodik fəaliyyətlər mütəmadi olaraq təşkil edir.