Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə fevralın 23-də saat 15:00-da “Təsviri incəsənətdə üslub və cərəyanlar. Azərbaycan və dünya təcrübəsi” mövzusunda vebinar keçirəcək.
Vebinarın spikeri Bakı şəhəri 220 nömrəli məktəb-liseyin təsviri incəsənət müəllimi, “İlin müəllimi”, “Qabaqcıl təhsil işçisi” adlarına və “Tərəqqi” medalına layiq görülmüş Xatirə Xudiyevadır.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsində canlı yayımlanacaq.