Fiziki tərbiyə fənni üzrə vebinar keçiriləcək

Tarix: 24.02.2026
Paylaş:



Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə fevralın 25-də saat 15:00-da “Fiziki tərbiyə fənni üzrə sertifikasiyaya hazırlıq: tövsiyələr və test nümunələrinin izahı” mövzusunda vebinar keçirəcək.

Vebinarın spikeri Bakı şəhəri 242 nömrəli tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi Asəf Mehdiyevdir. O, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Fəxri fərmanla təltif edilib, Baku 2015 Avropa Oyunlarının finalçısıdır və atletika üzrə 16 dəfə Azərbaycan çempionudur.

Vebinar ARTİ-nin rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq.