Balkan Riyaziyyat Olimpiadasına (BMO) hazırlıq məqsədilə beynəlxalq olimpiadalara hazırlıq qrupuna cəlb olunan şagirdlər arasında imtahan keçirilib. Şagirdlər müxtəlif çətinlik səviyyəsində olan tapşırıqları yerinə yetirərək bilik və bacarıqlarını nümayiş etdiriblər. Tapşırıqlar əsasən analitik düşünmə və problem həlletmə bacarıqlarının qiymətləndirilməsinə yönəlib. Nəticələrə əsasən seçilən şagirdlər BMO üzrə hazırlıq qrupuna cəlb ediləcəklər.