Beynəlxalq Mendeleyev Kimya Olimpiadasına (IMChO) iştirak edəcək məktəbliləri müəyyənləşdirmək üçün beynəlxalq olimpiadalara hazırlıq qrupuna daxil olan şagirdlər arasında imtahan keçirilib. Şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirə bilməsi üçün onlara müxtəlif çətinlik səviyyəsi olan tapşırıqlar verilib. İmtahanda yüksək nəticə göstərən şagirdlər Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) hazırlıq qrupuna cəlb ediləcəklər.