“Metodist hazırlığı” müsabiqəsinə qeydiyyat başa çatdı!

Tarix: 02.03.2026
Paylaş:




2026-2027-ci tədris ili üzrə metodist hazırlığı müsabiqəsinə qeydiyyat başa çatdı.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (ARTİ MDM) tərəfindən icra olunan “Müasir metodist” layihəsi üzrə metodist hazırlığı müsabiqəsinə qeydiyyat prosesi başa çatıb.

Layihənin məqsədi təhsil sistemində müasir metodiki yanaşmaların tətbiqini genişləndirmək, pedaqoji kadrların peşəkar inkişafını dəstəkləmək və nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.

Seçim prosesi mərhələli şəkildə həyata keçirilir. Növbəti mərhələ müsahibə mərhələsi olacaq. Bu mərhələ barədə ətraflı məlumat veriləcək. Müsahibənin əsas məqsədi namizədlərin peşəkar kompetensiyalarını əhatəli şəkildə qiymətləndirməkdir.

Müsahibə zamanı namizədlər aşağıdakı meyarlar üzrə dəyərləndiriləcəklər:

• Özünü təqdimetmə bacarığı;
• Fənn üzrə dərs icmalının təqdimatı;
• Təhsilalanların qiymətləndirilməsi ilə bağlı yanaşmalar;
• Pedaqoji prosesin təşkili üzrə bilik və bacarıqlar;
• Ünsiyyət və əməkdaşlıq bacarıqları.

Qeyd edək ki, ikinci meyar çərçivəsində namizədlər ixtisaslarına uyğun dərs planı hazırlamalı və həmin planın qurulmasına dair əsaslandırılmış izah təqdim etməlidirlər.

Bundan əlavə, namizədlərin liderlik qabiliyyətləri və problemin həllinə yanaşmaları müxtəlif situasiya nümunələri və praktiki tapşırıqlar əsasında qiymətləndiriləcək.