Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib

Tarix: 02.03.2026
Paylaş:

Fevralın 28-də Respublika Fənn Olimpiadalarının (RFO) Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə yarımfinal turu keçirilib.

Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında baş tutan mərhələdə ümumilikdə 8469 nəfər şagird iştirak edib. Nəticələr martın 11-dən etibarən açıqlanacaq.

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının keçirilməsində məqsəd istedadlı uşaqların aşkar etmək, şagirdlərdə fənlərə maraq artırmaq, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdır.

Bütün olimpiada iştirakçılarına uğurlar arzulayırıq!