Təhsil İnstitutunda doktorantlar üçün elmi seminar keçirilib

Tarix: 02.03.2026
Paylaş:

Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin təşkilatçılığı ilə fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar üçün “Tədqiqatın konsepsiyasının müəyyənləşdirilməsi” mövzusuna həsr olunmuş növbəti elmi seminar keçirilib.

Pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılovun spikerliyi ilə keçən tədbirdə elmi tədqiqatın metodoloji əsasları, problemin elmi cəhətdən əsaslandırılması, məqsəd və vəzifələrin düzgün müəyyənləşdirilməsi, elmi yeniliyin formalaşdırılması və tədqiqatın strukturunun qurulması məsələləri sistemli şəkildə təhlil edilib.

Professor İntiqam Cəbrayılov tədqiqat konsepsiyasının elmi işin məntiqi çərçivəsini müəyyən edən əsas komponent olduğunu vurğulayıb, bu istiqamətdə doktorantlara nəzəri və praktik tövsiyələr verib, sonra doktorantları maraqlandıran sualları cavablandırıb.

Seminar doktorantların elmi-tədqiqat fəaliyyətinin keyfiyyətini yüksəltmək, onların metodoloji biliklərini möhkəmləndirmək və elmi işlərin konseptual baxımdan daha sistemli şəkildə hazırlanmasına dəstək göstərmək məqsədi daşıyır.