“Ümumi təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsi çərçivəsi” ilə bağlı müzakirələr davam edir

Tarix: 06.03.2026
Paylaş:

5 martda Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Regional Təhsil İdarələrinin (RTİ) nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşün keçirilməsində məqsəd “Ümumi təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsi çərçivəsi” sənədi ilə bağlı daxil olan rəy və təkliflərin müzakirəsi, həmçinin sənədin təkmilləşdirilməsində ictimai iştirakçılığın təmin edilməsi olub.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində kompleks keyfiyyət monitorinqləri Təhsil İnstitutu tərəfindən sözügedən çərçivə əsasında aparılır. Sənədin əsas məqsədi məktəblərdə keyfiyyətin qiymətləndirilməsi üçün aydın və ölçülə bilən keyfiyyət göstəricilərini müəyyən etməkdir. Sənəd hazırda təkmilləşdirilərək təsdiq üçün hazırlanır. Təkmilləşdirmə prosesində maraqlı tərəflərin müzakirələrə cəlb olunmasına xüsusi önəm verilir.