7–8 mart tarixlərində ölkə üzrə 14 mərkəzdə — Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan şəhəri STEAM Mərkəzi, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Bakı Ali Neft Məktəbinin Bayıl və Ağ Şəhər korpusları, Azərbaycan Fransız Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin kompüter laboratoriyalarında informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçirilir.
Olimpiada prosesində ümumilikdə 1632 nəfərin iştirakı gözlənilir. 7 mart tarixində yuxarı yaş qrupu (10–11-ci siniflər), 8 mart tarixində isə aşağı yaş qrupu (8–9-cu siniflər) imtahana cəlb olunacaq.
Bütün iştirakçılara uğurlar arzulayırıq.