Martın 5-də ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbdaxili metodistlər və aparıcı metodistlərin iştirakı ilə “Tənqidi təfəkkürün inkişafında interaktiv metodlar” mövzusunda vebinar keçirilib.
Vebinarda şagirdlərdə tənqidi düşünmə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün tətbiq edilə bilən müasir təlim metodları və yanaşmaları paylaşılıb.
Görüş zamanı interaktiv metodların dərs prosesində tətbiqi, şagirdlərin müzakirə və araşdırma bacarıqlarının inkişaf etdirilməsi, problem əsaslı öyrənmə, qrup işi və debat kimi üsulların effektiv istifadəsi ilə bağlı praktik nümunələr məktəbdaxili metodist və aparıcı metodistlərə təqdim olunub. Vurğulanıb ki, bu yanaşmalar şagirdlərin yalnız məlumatı qəbul etməsinə deyil, həm də onun təhlilinə, müqayisəsinə və əsaslandırılmış nəticələr çıxarmasına şərait yaradır.