Respublika Fənn Olimpiadaları (RFO) çərçivəsində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri daxil olmaqla 7 fənn üzrə təşkil edilən yarımfinal turunun nəticələri açıqlanıb.
Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.
Respublika Fənn Olimpiadalarının yarımfinal turunun nəticələri ilə bağlı müraciətlər 3 iş günü ərzində (16 mart saat 15:00-a qədər) qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Qeyd edək ki, final turunun aprel ayının ikinci yarısında təşkil edilməsi planlaşdırılır. Bununla bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.