Təhsil İnstitutunun Həmkarlar İttifaqı Komitəsi tərəfindən həyata keçirilən “Həmkardan həmkara öyrənmə” proqramı çərçivəsində 11 martda “İş yerində “Canva”dan istifadə” mövzusunda növbəti təlim baş tutub. Təlim ARTİ-nin Təhsildə əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin aparıcı mütəxəssisi, Qlazqo Universitetinin məzunu Nərgiz Məmmədova tərəfindən həyata keçirilib.
Təlim zamanı “Canva” platformasının əsas funksiyaları və ondan istifadə qaydaları iştirakçılara təqdim olunub. İştirakçılar “Canva” vasitəsilə təqdimat və hesabatların hazırlanması, müxtəlif şablonlardan istifadə və əsas dizayn prinsipləri haqqında məlumat əldə ediblər. Təlimin sonunda iştirakçılar praktiki tapşırıq yerinə yetiriblər. Ən yaxşı nəticə göstərən iştirakçı mükafatlandırılıb.
ARTİ Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Həmkardan həmkara öyrənmə” proqramının il ərzində davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.