“Süni intellekt alətləri” mövzusunda vebinar keçirilib

Tarix: 12.03.2026
Paylaş:

Martın 12-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi tərəfindən “Süni intellekt alətləri” mövzusunda növbəti vebinar keçirilib. Vebinarda ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbdaxili metodistlər və aparıcı metodistlər iştirak ediblər. Görüşün məqsədi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin əməkdaşlığı çərçivəsində Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsi üzrə proqramda iştirak edən aparıcı metodistin əldə etdiyi təcrübənin digər metodistlərə çatdırılması və metodik fəaliyyətin inkişafına töhfə verməkdir.

Vebinarın əsas mövzusu təhsil prosesində süni intellekt alətlərinin tətbiqi imkanları olub. Təlim zamanı müəllimlərin dərs planlaşdırması, tədris materiallarının hazırlanması və qiymətləndirmə prosesində istifadə edə biləcəyi müasir rəqəmsal alətlər haqqında məlumat verilib.

Həmçinin süni intellekt əsaslı platformaların dərs materiallarının hazırlanması, təqdimatların yaradılması, qiymətləndirmə tapşırıqlarının tərtibi və şagirdlərin öyrənmə prosesinin daha səmərəli təşkil olunması baxımından üstünlükləri praktik nümunələr əsasında iştirakçılara təqdim olunub.