RFM və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

Tarix: 16.03.2026
Paylaş:

15 mart 2026-cı il tarixində Məktəblilərarası Fənn Müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. Bu mərhələdə şagirdlərə 120 dəqiqə ərzində müvafiq istiqamətlər üzrə 25 qapalı tipli test tapşırığı təqdim olunub.

RFM və Lütfi Zadə müsabiqələrinin əsas məqsədi istedadlı şagirdləri aşkarlamaq, onların müxtəlif fənlərə marağını artırmaq, sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.

Qeyd edək ki, nəticələrin 3 aprel tarixindən etibarən kabinetlərə yüklənməsi nəzərdə tutulur.