“Örnək müəllim” mükafatına layiq görülən metodistləri tanıyaq!

Tarix: 18.03.2026
Paylaş:




AzEdu.az” təhsil portalı tərəfindən bir neçə ildir həyata keçirilən “Örnək müəllim” layihəsi pedaqoji fəaliyyəti, innovativ yanaşmaları və peşəkarlığı ilə seçilən müəllimlərin tanıdılması məqsədi daşıyır. Layihə çərçivəsində müəllimlərin tədris prosesində tətbiq etdikləri müasir metodlar, yenilikçi pedaqoji yanaşmalar və peşəkar davranış nümunələri təhsil ictimaiyyətinə təqdim olunur.

Sevindirici haldır ki, 2025-ci il üzrə seçilmiş 170 nəfər “Örnək müəllim” siyahısında Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin metodistlərinin də adları yer alır.

Bu uğur metodistlərimizin sadəcə metodik dəstəyin təşkili sahəsində deyil, eyni zamanda nümunəvi müəllim kimi pedaqoji fəaliyyətlərində də yüksək peşəkarlıq nümayiş etdirdiklərinin göstəricisidir.

Metodistlərimizi bu uğur münasibətilə təbrik edir, onların təhsilimizin inkişafına töhfə verən fəaliyyətlərinin davamlı olmasını arzulayırıq.