Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsildə Məzmun, Kurikulum və Standartlar Mərkəzinin Təbiət və texniki fənlərin proqramları şöbəsinin əməkdaşı Əli Ağacanlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Ə.Ağacanlı Azərbaycan Respublikasının Təhsil İnstitutunda Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Fizikanın tədrisi metodikası) ixtisası üzrə doktorantura təhsili alıb. O, Tədris resursları şöbəsinin müdiri, pedaqogika elmləri üzrə fəlsəfə doktoru, dosent Rasim Abdurazaqovun elmi rəhbərliyi altında “”Təbiət fənninin təlimində situasiya məzmunlu məsələlərin tətbiqi vasitəsilə şagirdlərdə elmi savadlılığın formalaşdırılması” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.
Əməkdaşımızı ürəkdən təbrik edir, yeni elmi nailiyyətlər arzulayırıq.