Kenquru Müsabiqəsinə qeydiyyatın vaxtı uzadıldı!

Tarix: 01.04.2026
Paylaş:



Valideynlərin və şagirdlərin diqqətinə!

ARTİ-yə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinə son qeydiyyat tarixi dəyişdirilib. Yeni qərara əsasən, müsabiqənin son qeydiyyat tarixi 6 aprel saat 15:00-dək müəyyənləşdirilib. Bütün iştirakçılara uğurlar arzulayırıq!

Xatırladaq ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hazırda 100-dən çox ölkədə keçirilir. Hər il II-X siniflərdə oxuyan milyonlarla şagird məhz bu müsabiqədə öz riyazi biliyini və məntiqi düşünmə qabiliyyətini yoxlayır.

Biliklərini sınaqdan çıxarmaq istəyən uşaqları kenquru-2026.az ünvanında gözləyirik. Gəlin birlikdə həll edək, öyrənək və əylənək!