Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadası və Respublika Fənn Müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri elan olunub. Şagirdlər www.portal.edu.az saytındakı şəxsi kabinetlərinə daxil olaraq öz nəticələri tanış ola bilərlər.
Rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı apellyasiya müraciətləri nəticələr elan olunduqdan sonra 3 iş günü ərzində qəbul ediləcək.
Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Qeyd edək ki, yarımfinal turunun 2 may 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulur.