Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasına seçim imtahanının birinci mərhələsi keçiriləcək.
Respublika Fənn Olimpiadalarının informatika finalçıları və “Sabahın alimləri” layihə müsabiqəsinin kompüter elmləri, robotexnika və süni intellekt üzrə finalçıları Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında iştirak hüququ uğrunda mübarizə aparacaqlar.
Seçim imtahanın birinci mərhələsi 12 aprel saat 11:00-da CTF (Capture The Flag) formatında virtual şəkildə keçiriləcək. Sözügedən kateqoriyaya aid olan və yarışda iştirak etmək istəyən məktəblilər aşağıdakı link vasitəsilə öz məlumatlarını təqdim edə bilərlər.
https://surl.li/rdvajq
Son qeydiyyat tarixi: 10 aprel
Xatırladaq ki, son illər informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsas istiqamətlərindən birinə çevrilib. Məktəblilər arasında bu sahəyə marağın artırılması və ölkəmizin beynəlxalq arenada yüksək səviyyədə təmsil olunması üçün müvafiq olimpiada və müsabiqələrdə aktiv iştirak hər zaman diqqət mərkəzindədir.
Məktəblilərimizə uğurlar arzulayırıq!