Respublika Fənn Olimpiadalarının final mərhələsi üzrə buraxılış vərəqələri verilir!

Tarix: 10.04.2026
Paylaş:

 

Respublika Fənn Olimpiadalarının final mərhələsində iştirak hüququ qazanmış şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq buraxılış vərəqələrini yükləyə bilərlər.

İmtahanda iştirak etmək üçün şagirdlər buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədi mütləq təqdim etməlidirlər. İmtahanların fənlər üzrə qrafiki, eyni zamanda yazı işlərinə baxış (koordinasiya) günləri ilə cədvəldən tanış ola bilərsiniz.

Qeyd edək ki, beynəlxalq olimpiadalara uyğun olaraq riyaziyyat və informatika fənləri iki gün ərzində keçiriləcək. Həmçinin, fizika və biologiya fənləri üzrə nəzəri turla yanaşı, praktiki turlar da təşkil ediləcək.

Biologiya fənni üzrə praktiki tur nəzəri turla eyni gündə, bir neçə saat fərqlə keçiriləcək. Praktiki turla bağlı tələb olunan bacarıqların siyahısı aşağıda təqdim edilir.