“Texnologiya fənni üzrə test tapşırıqlarının izahı” mövzusunda vebinar keçiriləcək

Tarix: 28.04.2026
Paylaş:



Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə aprelin 29-da saat 15:00-da “Texnologiya fənni üzrə test tapşırıqlarının izahı” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri Nəsimi rayonu 240 nömrəli tam orta ümumtəhsil məktəbinin texnologiya müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, “Qabaqcıl təhsil işçisi” və “Əməkdar müəllim” fəxri adlarının sahibi Gülşən Mirizadə çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsində canlı yayımlanacaq.