APA 7 istinad qaydaları haqqında nə bilirsiniz?

Tarix: 29.04.2026
Paylaş:



Gənc tədqiqatçılara və doktorantlara elmi-tədqiqat işlərində dəstək olmaq məqsədilə ARTİ-nin Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin Təhsildə tətbiqi tədqiqatlar şöbəsi tərəfindən APA 7 istinad qaydaları haqqında maarifləndirici təqdimat hazırlanıb.

Bu təqdimat doktorantlar və tədqiqatçılar tərəfindən hazırlanmış elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsinə, mətndaxili istinadların və ədəbiyyat siyahısının düzgün tərtib olunmasına, akademik yazı mədəniyyətinin formalaşdırılmasına, plagiat hallarının qarşısının alınmasına, elmi etik normalara riayət olunmasının təşviqinə xidmət edir.

Elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılmasına yönəlmiş bu kimi materialların mütəmadi şəkildə hazırlanması və təqdim olunması nəzərdə tutulur.

Təqdimatla tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

APA 7 istinad qaydaları_ARTİ_TTTŞ