Aprelin 27-də İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin və həmin rayonun Kürdmaşı kənd tam orta məktəbin metodistlərinin görüşü keçirilib.
ARTİ-nin Metodiki Dəstək Mərkəzinin əməkdaşları və aparıcı metodistlərdən ibarət digər nümayəndələr prosesi onlayn formatda izləyiblər.
Görüş iştirakçıları “Oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi” mövzusu ətrafında müzakirə aparıblar. Müzakirələr zamanı şagirdlərdə oxu mədəniyyətinin formalaşdırılması, mətnin dərindən mənimsənilməsi, məzmunun təhlili, fikir yürütmə, nəticə çıxarma və tənqidi düşüncə bacarıqlarının inkişafı istiqamətində faydalı fikir mübadiləsi baş tutub.
Qeyd edək ki, bu təşəbbüs hər iki təhsil müəssisəsinin metodistlərinin səyi nəticəsinə reallaşdırılıb və mütəxəssislər tərəfindən ilk addım kimi yüksək qiymətləndirilib. Gələcəkdə digər bölgələrdə də metodistlərin bu təcrübəni davam etdirməsi tövsiyə olunub.