Azərbaycan Respublikasının Təhsil İnstitutunun tədqiqatçı alimləri – filologiya elmləri doktoru, dosent Aynur Paşayeva, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev və filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova Bakıda keçirilən I Uluslararası Türk Dünyasında Kültür ve Değerlerin İzleri Simpoziumunda iştirak ediblər.
Aprelin 29-da Xəzər Universiteti, AMEA Əlyazmalar İnstitutu, Amasiya Universiteti (Türkiyə), Qafqaz Universiteti (Türkiyə), Beynəlxalq Buxara Universiteti (Özbəkistan) və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən simpoziumda ARTİ-nin əməkdaşları ortaq milli-mədəni dəyərlərin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi, mədəni inteqrasiyanın gücləndirilməsi, ortaq əlifba, türk xalqlarının tarixi-mədəni əlaqələri və müasir türkoloji tədqiqatların metodoloji istiqamətləri kimi məsələlərə toxunublar.
Qeyd edək ki, simpoziumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Malayziya, Türkmənistan və Qırğızıstandan 150-dən çox alim iştirak edib.