Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələri elan olundu

Tarix: 05.05.2026
Paylaş:

Mayın 5-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev təhsil ictimaiyyəti və media nümayəndələri üçün təşkil olunmuş məlumatlandırma sessiyasında Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələri ilə bağlı təqdimatla çıxış etdi.

Braziliya, İngiltərə, Belçika, Koreya, Malta, Niderland, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin yer aldığı tədqiqatda Azərbaycan iki böyük şəhərin – Bakı və Sumqayıtın təsadüfi seçilmiş məkrəbəqədər təhsil müəssisələrinin nəticələri ilə iştirak edib. Ölkələr üzrə ümumilikdə 23 mindən çox uşaq tədqiqata cəlb olunub.

Təqdimatda qeyd edildi ki, IELS 2025 tədqiqatında Bakı şəhərindən 138 ümumtəhsil və 48 məktəbəqədər təhsil müəssisəsi, Sumqayıt şəhərindən isə 15 ümumtəhsil və 7 məktəbəqədər təhsil müəssisəsi daxil olmaqla, ümumillikdə 208 təhsil müəssisəsi, tədqiqatın əsas mərhələsində Bakı və Sumqayıt şəhərlərindən 5 yaşı olan 2731 nəfər uşaq iştirak edib. Sorğu mərhələsinə isə 2697 valideyn və 818 təhsilverən cəlb olunub. Tədqiqatın imtahan mərhələsində iştirak edən uşaqların gender üzrə bölgüsü 1311 nəfər qız (47,9%), 1420 nəfər oğlan (52,1%) olub.

E.Əliyev Azərbaycan üzrə nəticələri təhlil edərkən anaların ali təhsilli olub-olmamasının, ailə mühitinin, rəqəmsal alətlərdən istifadənin uşaqların inkişafında oynadığı rol barədə geniş məlumat verdi. İştirakçılarla interaktiv şəkildə davam edən təqdimatda təməl riyazi bacarıqlar və təməl savadlılıq dərəcəsi arasında ciddi fərq nümayiş etdirən uşaqların genderlərarası müqayisədə cüzi fərqlə meydana çıxması iştirakçıların müzakirə etdiyi məsələlərdən oldu.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı (IELS) müxtəlif ölkələrdə uşaqların erkən öyrənmə nəticələrini və onların rifahını yaxşılaşdırmaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə hazırlanıb.

Bu tədqiqat uşaqların erkən öyrənməsinin gələcəkdə müsbət nəticələrini ən yaxşı şəkildə proqnozlaşdıran sahələri əhatə edir. Erkən öyrənmə sahələri kimi idrak bacarıqlarını (savadlılıq və riyazi bacarıqlar), icraedici funksiyalar və sosial-emosional bacarıqlar əsas götürülür. Tədqiqat, eyni zamanda uşaqların fərdi xüsusiyyətləri, ev mühiti və erkən uşaqlıq təhsili, həmçinin qayğı göstərmə təcrübələri ilə bağlı mühüm kontekstual məlumatları da əhatə edir.

Ümumiyyətlə, IELS 2025 tədqiqatda iştirak bir neçə səbəbdən əhəmiyyətli hesab olunur. Belə ki, tədqiqat iştirakçı ölkələrə aşağıdakı suallara cavab tapmağa kömək edir:

IELS 2025 tədqiqatda iştirak niyə əhəmiyyətlidir?

Tədqiqat iştirakçı ölkələrə aşağıdakı suallara cavab tapmağa kömək edir:

IELS 2025 tədqiqatında Azərbaycana dair məlumatlar ilə tanış olmaq üçün aşağıdakı keçidə baxa bilərsiniz:

IELS 2025 tədqiqatında Azərbaycana dair məlumatlar