“Elmi nəşrlərlə bağlı tez-tez verilən suallar” təlimat sənədi

Tarix: 07.05.2026
Paylaş:

 

Gənc tədqiqatçılara və doktorantlara elmi-tədqiqat fəaliyyətlərində dəstək göstərmək məqsədilə ARTİ-nin Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin Təhsildə tətbiqi tədqiqatlar şöbəsi tərəfindən “Elmi nəşrlərlə bağlı tez-tez verilən suallar” mövzusunda (FAQ) təlimat sənədi hazırlanıb.

Hazırlanmış “Elmi nəşrlərlə bağlı tez-tez verilən suallar” təlimat sənədi elmi məqalələrin nəşr edilməsi prosesi, jurnalların nəşr siyasəti, yırtıcı jurnallar, plagiat riskləri və s. kimi mühüm mövzularla bağlı suallara cavab tapmağa kömək edəcək.

Bu təşəbbüsün əsas məqsədi tədqiqata yeni başlayan tədqiqatçılara düzgün istiqamət vermək, onların elmi fəaliyyətlərini daha keyfiyyətli və sistemli şəkildə qurmasına dəstək olmaqdır.

Aşağıdakı keçidə daxil olaraq təlimat sənədi ilə tanış ola bilərsiniz:

Elmi nəşrlərlə bağlı tez-tez verilən suallar