“Dərs zamanı təhlükəsizliyin təmin edilməsinə aid nümunə sualların izahı” mövzusunda vebinar keçiriləcək

Tarix: 21.05.2026
Paylaş:



Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 22 may saat 15:00-da “Dərs zamanı təhlükəsizliyin təmin edilməsinə aid nümunə sualların izahı” mövzusunda vebinar keçirəcək.

Vebinarın spikeri Bakı şəhər 242 nömrəli tam orta ümumtəhsil məktəbin fiziki tərbiyə müəllimi Asəf Mehdiyevdir.

Vebinar ARTİ-nin rəsmi “Facebook” səhifəsində canlı yayımlanacaq.