“Zəkaların mübarizəsi” olimpiadasının qalibləri mükafatlandırılıb
Mayın 21-də Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə IX-XI sinif şagirdləri arasında “Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib.
Şahmat üzrə finalda 18 komandanı təmsil edən 72 şagird iştirak edib. Nəticələrə əsasən, “Sumqayıt” komandası I yerə, “Gəncə” komandası II yerə, “Xətai” komandası III yerə layiq görülüb. Qeyd edək ki, olimpiadanın elm kateqoriyasında “Abşeron” komandası I yeri, “Salyan” komandası II yeri, “Səbail” komandası isə III yeri tutub. Bu kateqoriyada da 108 nəfərin təmsil etdiyi 18 komanda yarışıb.
Hər iki kateqoriyada qızıl, gümüş və bürünc medalçılar müəyyənləşdirilib. Qaliblərə medallar və qiymətli hədiyyələr təqdim olunub.