Məktəblimiz Asiya-Pasifik İnformatika Olimpiadasında bürünc medal qazanıb

Tarix: 22.05.2026
Paylaş:

 

Mayın 9-da və 10-da Asiya-Pasifik İnformatika Olimpiadası keçirilib. Onlayn formatda təşkil olunan olimpiadaya şagirdlərimiz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter laboratoriyasından qoşulublar.

46 ölkədən 181 məktəblinin qatıldığı müsabiqədə şagirdlərimiz uğurla çıxış ediblər. Bakı Türk Anadolu liseyinin 11-ci sinif şagirdi Əhməd Qənbərli olimpiadanın bürünc mükafatına layiq görülüb.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir.