Mayın 31-də Respublika Fənn Müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının final mərhələsi keçirilib.
İmtahan ölkə üzrə Gəncə, Şəki, Şirvan, Sumqayıt, Bakı və Naxçıvan şəhərlərində təşkil edilib.
Qiymətləndirmə meyarlarına əsasən, suallar müxtəlif bal aralığında dəyərləndiriləcək. Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının nəticələrinin 8 iyun tarixində elan edilməsi nəzərdə tutulur. Respublika Fənn Müsabiqələrinin də yoxlanılma prosesi davam edir.
