İyunun 1-də Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən ADA Universitetinin təşəbbüsü və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə davam etdirilən “Bir müəllimin manifesti” ixtisasartırma proqramının yekun qiymətləndirmə mərhələsi keçirilib.
Platforma artıq beşinci ildir ki, region müəllimlərinin peşəkar inkişafı ilə yanaşı, onların yeni təhsil paradiqmaları ilə tanış olmasına şərait yaradır. Proqram çərçivəsində müəllimlər tədrisin təşkili, müasir məktəb idarəçiliyi, müəllim hazırlığı, rəqəmsallaşma və şagirdyönümlü yanaşmalar üzrə beynəlxalq təcrübələri yerində öyrənmək imkanı qazanırlar.
Regionlarda fəaliyyət göstərən pedaqoqların inkişafına xidmət edən bu proqramdan indiyədək 101 müəllim və məktəb direktoru məzun olub.
