Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimləri keçiriləcək

Tarix: 03.06.2026
Paylaş:




2025/2026-cı tədris ili üzrə Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimləri 9–11 iyun 2026-cı il tarixlərində keçiriləcək. Mükafatların təqdim edilməsi aşağıdakı universitetlərdə baş tutacaq:

9 iyun 2026-cı il

📍 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

🔹 Kimya

🔹 Fizika

🔹 Biologiya

10 iyun 2026-cı il

📍 ADA Universiteti

🔹 Riyaziyyat

🔹 İnformatika

11 iyun 2026-cı il

📍 Bakı Dövlət Universiteti

🔹 Azərbaycan dili

🔹 Coğrafiya

🔹 Tarix

Bütün tədbirlər saat 16:00-da başlayacaq. Qalib şagirdlərin tədbir məkanında ən gec saat 15:00-da, ADA Universitetində keçiriləcək mərasim iştirakçılarının isə universitet turu ilə əlaqədar olaraq ən gec saat 14:30-da olmaları xahiş edilir.

Şagirdlər tədbirdə məktəbli formasında iştirak etməlidirlər. Tədbir məkanlarına giriş şəxsiyyət vəsiqəsi əsasında mümkün olacaq.