Mayın 31-də keçirilmiş Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının final turunun nəticələri elan edilib. Şagirdlər portal.edu.az platformasındakı şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.
Final turunun nəticələri ilə bağlı müraciətlər 10 iyun saat 12:00-dək qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Bütün qalibləri ürəkdən təbrik edirik!