Respublika Fənn Müsabiqələrinin ilkin nəticələri elan edilib!

Tarix: 08.06.2026
Paylaş:



Mayın 31-də keçirilmiş Respublika Fənn Müsabiqələrinin ilkin nəticələri elan edilib.

Şagirdlər müvafiq platformada ( https://fenn-musabiqeleri2026.onrender.com/ ) ÜTİS kodlarını daxil edərək şəxsi kabinetlərinə keçid edə, nəticələri və qiymətləndirilmiş sual kitabçaları ilə tanış ola bilərlər.

Nəticələrlə bağlı müraciətlər platformada təqdim olunmuş nümunəyə uyğun şəkildə 10 iyun saat 12:00-dək qəbul edilir. Qeyd olunan tarixdən sonra müraciət göndərmək mümkün olmayacaq. Müraciətlərə baxıldıqdan bir neçə gün sonra yekun nəticələr açıqlanacaq.