Keçmiş olimpiadaçılar uşaqları növbəti Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlaşdırırlar

Tarix: 09.06.2026
Paylaş:

Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlıq mərhələsi davam edir. Seçim imtahanının nəticələrinə əsasən ən yüksək nəticə göstərən ilk 9 nəfər şagird intensiv hazırlıq proqramına cəlb olunub. İştirakçılar təcrübəli müəllimlərin rəhbərliyi ilə müntəzəm dərslərdə iştirak edir, olimpiada səviyyəli mürəkkəb məsələlərin həlli üzərində çalışır və riyazi biliklərini daha da təkmilləşdirirlər.

Hazırlıq proqramı çərçivəsində keçmiş olimpiadaçılar Ömər Qədimli, Elçin Musazadə və Fərid İsmayılov dərslərin keçirilməsində iştirak edərək müxtəlif mövzular üzrə məşğələlər aparır, şagirdlərə olimpiada tipli məsələlərin həlli üsullarını izah edirlər.

Hazırlıq proqramının məqsədi beynəlxalq olimpiadada ölkəmizi uğurla təmsil edəcək komandanın formalaşdırılması və şagirdlərin potensialının maksimum səviyyədə inkişaf etdirilməsidir. Şagirdlər qarşıdakı mərhələlərə ciddi və məqsədyönlü şəkildə hazırlaşmağa davam edirlər.