“Müasir metodist” müsabiqəsinin nəticələrinin göndərilməsinə başlanılıb

Tarix: 09.06.2026
Paylaş:



“Müasir metodist” müsabiqəsinin qiymətləndirmə prosesi yekunlaşıb.

Nəticələr regionlar üzrə mərhələli şəkildə emal olunduğundan iştirakçılara SMS vasitəsilə hissə-hissə, Regional Təhsil İdarələri (RTİ) üzrə göndərilir. Bu səbəbdən bəzi iştirakçılar nəticələrini daha tez, bəziləri daha gec ala bilərlər.

Müsabiqə iştirakçılarından nəticələrin göndərilməsi prosesinin tamamlanmasını gözləmələri xahiş olunur.

Müsabiqədə iştirak edən hər bir müəllimə göstərdiyi maraq və fəallığa görə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.