2026/2027-ci tədris ili üzrə Bakı şəhərində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə mərkəzləşdirilmiş qaydada keçirilən qəbul prosesinin qeydiyyat mərhələsi davam edir. Mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etmək istəyən şagirdlər 19 iyun saat 15:00-dək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat müddəti başa çatdıqdan sonra müraciət edən və ya qeydiyyatını tamamlamayan şagirdlər üçün əlavə qeydiyyat və ya güzəşt tətbiq olunmayacaq. Bu səbəbdən valideyn və şagirdlərə qeydiyyat prosesini vaxtında tamamlamaları tövsiyə olunur.
Vətəndaşlar qəbul prosesi və qeydiyyatla bağlı suallarını sy.edu.az portalının “Əks əlaqə” bölməsi vasitəsilə, “Mərkəzi imtahan” mövzusunu seçərək yaza bilərlər.
Qeydiyyat qaydalarını aşağıda təqdim edirik:
Qaydalar 2026-27