ARTİ-də həmkarlardan öyrənmə təşəbbüsü çərçivəsində növbəti vebinar keçirilib

Tarix: 10.06.2026
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin fəaliyyət istiqamətlərindən biri olan həmkarlardan öyrənmə və təcrübə mübadiləsinin təşviqi məqsədilə iyunun 9-da növbəti vebinar təşkil olunub.

Vebinar Qazax–Tovuz Regional Təhsil İdarəsi üzrə aparıcı metodist tərəfindən keçirilərək “Universal Design for Learning (UDL) – Universal Öyrənmə Dizaynı” mövzusuna həsr olunub. Qeyd edək ki, proqram Harvard Universitetinə məxsusdur.

Vebinar zamanı UDL yanaşmasının əsas prinsipləri, şagirdlərin fərdi öyrənmə ehtiyaclarının nəzərə alınması, inklüziv təhsil mühitinin yaradılması və tədrisdə diferensiallaşdırma imkanları kimi məsələlər iştirakçılarla müzakirə edilib. Eyni zamanda, təqdim olunan proqramın praktik tətbiq nümunələri və müəllimlərin gündəlik fəaliyyətində istifadə imkanları barədə fikir mübadiləsi aparılıb.

Vebinar ARTİ-nin aparıcı metodistləri üçün təşkil olunub və peşəkar əməkdaşlığın gücləndirilməsi, uğurlu təcrübələrin paylaşılması, eləcə də regionlarda əldə olunan nailiyyətlərin həmkarlarla bölüşdürülməsi baxımından əhəmiyyətli olub.

Təhsil İnstitutu metodik xidmət əməkdaşları arasında qarşılıqlı öyrənmə mədəniyyətinin formalaşdırılması və peşəkar inkişafın dəstəklənməsi istiqamətində bu cür təşəbbüslərin davam etdirilməsini planlaşdırır.