Azərbaycanda məktəbəqədər təhsilin idarə olunmasinda aktual istiqamətlər

Tarix: 10.06.2026
Paylaş:

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Laləzar Cəfərovanın “Azərbaycan məktəbi” jurnalında “Azərbaycanda məktəbəqədər təhsilin idarə olunmasında aktual istiqamətlər” adlı məqaləsi dərc olunub.

Məqalədə Azərbaycanda məktəbəqədər təhsil sisteminin inkişafında dövlət siyasətinin əsas istiqamətləri, idarəetmənin müasir mexanizmləri və strateji prioritetləri təhlil olunur. Tədqiqatda məktəbəqədər təhsil sahəsində aparılan islahatlar, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, eləcə də beynəlxalq təcrübəyə əsaslanan idarəetmə modellərinin tətbiqi məsələləri müzakirə olunur. Məqalə, həmçinin məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, idarəetmədə innovativ və rəqəmsal yanaşmaların genişləndirilməsi, ictimai və özəl sektor əməkdaşlığının gücləndirilməsi kimi actual məsələləri əhatə edir. Nəticə olaraq, müasir mərhələdə məktəbəqədər təhsil siyasətinin səmərəliliyini artırmaq üçün institusional, idarəetmə və metodiki səviyyədə təkmilləşmə istiqamətləri üzrə təkliflər irəli sürülür.

Müvafiq keçidə daxil olmaqla məqalə ilə tanış ola bilərsiniz:

Azərbaycanda məktəbəqədər təhsilin idarə olunmasında aktual istiqamətlər