Məktəblilərimiz Avropa Fizika Olimpiadasında (EuPhO) uğurla çıxış ediblər

Tarix: 17.06.2026
Paylaş:

 

 

12-16 iyun tarixlərində İsveçdə keçirilən Avropa Fizika Olimpiadası (EuPhO) şagirdlərimiz üçün uğurlu olub. Beş iştirakçımızdan dörd nəfər bürünc medal qazanıb.

Bürünc medalçılar:

Bəxtiyar Ağayev – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi

Məhəmməd Cəfərli – Bakı şəhər Texniki-humanitar liseyin 11-ci sinif şagirdi

Murad Xəlil – Bakı şəhər Bakı Türk Liseyinin 11-ci sinif şagirdi

Raiq Babazadə – Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi

Sumqayıt şəhər Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyinin 11-ci sinif şagirdi Zeynəb Məhəmmədli aktiv iştirakı ilə yadda qalıb.

Qeyd edək ki, bu il 41 ölkədən 200 şagirdin yarışdığı mötəbər turnir 2018-ci ildən keçirilir və Avropanın
ən nüfuzlu fizika müsabiqələrindən biri hesab edilir.

Gənc fiziklərimizi ürəkdən təbrik edirik!