2026-ci ilin birinci yarımilində Azərbaycan Respublikasının Təhsil İnstitutunda təhsil alan doktorantlar üçün ixtisas fənləri üzrə doktorluq imtahanlarının yaz sessiyası təşkil olunub.
Payız sessiyası çərçivəsində “Pedaqogikanın əsasları”, “Təhsilin təşkili və planlaşdırılmasının əsasları”, “Korreksiya pedaqogikasının əsasları” fənləri, eləcə də 5804.01 – “Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi”, 5802.01 – “Təhsilin təşkili və planlaşdırılması”, 5805.01– “Korreksiya pedaqogikası” və 6104.01 – “Pedaqoji psixologiya” ixtisasları üzrə doktorluq imtahanları keçirilib.
İmtahanda iştirak edən doktorantlar ixtisas fənni üzrə kifayət qədər nəzəri hazırlıq nümayiş etdirərək doktorluq imtahanından müvəffəqiyyətlə keçib müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq məqbul nəticə əldə ediblər.
Doktorluq imtahanlarının keçirilməsi yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması prosesinin mühüm tərkib hissəsi olmaqla, doktorant və dissertantların ixtisas hazırlığı səviyyəsinin qiymətləndirilməsinə, elmi-tədqiqat fəaliyyətinin səmərəliliyinin artırılmasına və ölkənin elmi potensialının gücləndirilməsinə xidmət edir.
Qeyd edək ki, doktorluq imtahanları qüvvədə olan normativ tələblərə uyğun olaraq ildə iki dəfə – yaz və payız sessiyaları çərçivəsində keçirilir.