27 iyun-2 iyul tarixlərində Tunisdə keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən komandamız 1 bürünc medal qazanaraq adını mükafatçılar siyasına yazdırıb.
Komandamızın üzvü Mingəçevir şəhər Ruslan Muradov adına texniki və humanitar fənlər liseyinin XI sinif şagirdi Sumuraz Mirzəyev fərqlənib. O, cari tədris ilində informatika üzrə Respublika Fənn Olimpiadalarının bürünc mükafatçısıdır.
Qeyd edək ki, sözügedən olimpiada Beynəlxalq İnformatika Olimpiadasının Təşkilat Komitəsi tərəfindən ötən tədris ilindən etibarən keçirilir. Seçim mərhələləri yerli və xarici mütəxəssislərin iştirakı ilə 2 tur daxilində təşkil olunur. Bu il yarışda 20 ölkə iştirak edib.
Məktəblimizi qazandıqları uğur münasibətilə təbrik edir, ona gələcək müsabiqələrdə daha böyük nailiyyətlər arzulayırıq.