29 iyun – 3 iyul tarixlərində Beynəlxalq Bakalavriat (IB) təşkilatı və onun Təhsil İşçiləri Şəbəkəsinin (IBEN) nümayəndələri tərəfindən Təhsil İnstitutunun əməkdaşları üçün təlimlər təşkil edilib.
Təlimlərin əsas məqsədi ümumi təhsildə dövlət standartlarının səriştə əsaslı təkmilləşdirilməsi istiqamətində səriştələr çərçivəsinin, səriştə təsvirlərinin, eləcə də müəllimlər üçün dərs nümunələrinin hazırlanması ilə bağlı mövcud bilik və bacarıqların artırılması olub.
Qeyd edək ki, ARTİ və IB arasında ümumi təhsildə dövlət standartlarının səriştə əsaslı təkmilləşdirilməsi istiqamətində əməkdaşlıq cari ilin may ayında başlanılıb və layihənin avqust ayında yekunlaşması planlaşdırılır. Əməkdaşlıq çərçivəsində həmçinin formativ qiymətləndirmədə səriştə əsaslı yanaşma ilə bağlı mövqe sənədi hazırlanacaq.